![]()
Milli Məclisin deputatı Ceyhun Məmmədov növbəti vətəndaş qəbulunu keçirib. Qəbul Nərimanov rayonu, Yahya Bakuvi küçəsi 20 ünvanında yerləşən Cəbrayıl Rayon İcra Hakimiyyətinin qərargahında təşkil olunub.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı deputat vətəndaşları fərdi qaydada dinləyərək onların müraciət və problemləri ilə yaxından tanış olub. Səsləndirilən məsələlərin operativ araşdırılması və həlli istiqamətində aidiyyəti dövlət qurumları qarşısında müvafiq addımların atılacağı bildirilib.
Görüş çərçivəsində vətəndaşların sosial rifahının yaxşılaşdırılması, yerli problemlərin həlli və müraciətlərin diqqətdə saxlanılmasının vacibliyi vurğulanıb.







#MilliMəclis #Deputat #CeyhunMəmmədov #YeniAzərbaycanPartiyası #120saylıSeçkiDairəsi #Cəbrayıl #Qubadlı #Qarabağ #ŞərqiZəngəzur #VətəndaşQəbulu
Subyekt.az