![]()
TƏBİB tərəfindən işğaldan azad olunmuş ərazilərdə məskunlaşan şəxslərin yerində müşahidəsinin aparılması və vətəndaşların tibbi xidmətlərə əlçatanlığının təmin edilməsi məqsədilə zəruri tibbi tədbirlər görülür.
Subyekt.az xəbər verir ki, Həyata keçirilən tibbi tədbirlər zamanı ahıl və həssas qruplara daxil olan şəxslərə, eləcə də uşaqlara, hamilə və zahı qadınlara xüsusi diqqət yetirilir. Zərurət yarandığı təqdirdə onların ixtisaslaşmış tibb müəssisələrinə yönləndirilməsi təmin olunur.
Növbəti səyyar tibbi müayinələr Kəlbəcər rayonunda keçirilib.
Bərdə Rayon Mərkəzi Xəstəxanasının səyyar həkim briqadası (cərrah, nefroloq, endokrinoloq, pediatr, terapevt, kardioloq, nevropatoloq, laborant, oftalmoloq, USM mütəxəssisi və s.) tərəfindən sakinlər tibbi müayinələrə cəlb olunub.
Səyyar tibbi müayinələr zamanı ümumilikdə 100-dən çox rayon sakininə 200-ə yaxın tibbi xidmət göstərilib.
Bununla yanaşı, müayinələrə cəlb olunan sakinlərə ölkəmizdə səhiyyə sahəsində həyata keçirilən yeniliklər və tibbi xidmətlərə əlçatanlığın artırılması istiqamətində görülən işlər barədə məlumat verilib.


















Subyekt.az