![]()
Subyekt.az Turkustan.az -a istinadla xəbər verir ki, Əraqçi İran dövlət televiziyasına açıqlamasında qeyd edib ki, müxtəlif kanallar vasitəsilə bəzi mesaj və fikirlər mübadilə olunub və bunlar aidiyyəti yüksək instansiyalara çatdırılıb. Onun sözlərinə görə, zərurət yaranarsa, rəsmi mövqe yüksək səviyyədə açıqlanacaq.
Nazir vurğulayıb ki, İran atəşkəsi çıxış yolu hesab etmir. O bildirib ki, bəzi ölkələrin xarici işlər nazirləri və liderləri telefon danışıqları zamanı atəşkəs təklifləri irəli sürsələr də, Tehran bu mövqeyi qəbul etməyib.
Əraqçinin sözlərinə görə, İranın məqsədi müvəqqəti fasilə deyil, müharibənin tam şəkildə başa çatmasıdır.
Subyekt.az