![]()
Kolumbiya Hərbi Hava Qüvvələrinə (HHQ) məxsus “C-130 Hercules” təyyarəsinin ölkənin cənubunda qəzaya uğraması nəticəsində azı 66 hərbi qulluqçu həlak olub.
Subyekt.az “Report”-a istinadla xəbər verir ki, bu barədə yerli “El Tiempo” qəzeti hakimiyyət orqanlarına istinadən məlumat yayıb.
Məlumata görə, həlak olanlar arasında Kolumbiya HHQ-nin 6, Milli Ordunun 58 və Milli Polisin 2 hərbi qulluqçusu var.
Meyitlərin şəxsiyyətinin müəyyənləşdirilməsi davam edir, eyni zamanda, dörd hərbçi itkin düşmüş hesab olunur.
Subyekt.az