![]()
Azərbaycan Prokurorluğunun veteranı Bəkirov Əsgər Lətif oğlunun 75 illik
yubileyinin tamam olması ilə əlaqədar Baş prokuror Kamran Əliyevin adından təbrik məktubu təqdim edilib.
Görüş zamanı veteran prokuror xatirələrini bölüşərək Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən göstərilən qayğı nəticəsində prokurorluq orqanlarının maddi-texniki bazasının möhkəmləndirilməsi,
prokurorluq işçilərinin və onun veteranlarının maddi və sosial rifahının yüksəlməsini qeyd ediblər.
Əsgər Bəkirov 1976-cı ildə prokurorluq orqanlarında qulluğa qəbul olmuş,
əvvəllər Şəki rayon prokurorunun köməkçisi, Yardımlı rayon prokuroru, Ağdaş rayon prokurorunun köməkçisi, Göyçay rayon prokurorunun müavini, Ağcabədi rayon prokurorunun müavini vəzifələrində işləyib.
Söhbət zamanı dövlətçilik maraqlarının keşiyində hər zaman mətinliklə duran,
şərəfli inkişaf yolu keçmiş, prokurorluğuna adını daim uca tutan veteranlarımızın ömür yolunun gənc nəsil prokurorluq işçiləri üçün örnək olması vurğulanıb.
Subyekt.az