![]()
Quba rayonunun Qımılqazma kəndi ərazisində kvadrisikllə törədilən qəza faciə ilə nəticələnib. İlkin məlumata əsasən, Bakı şəhər sakini 27 yaşlı Elçin Yusif oğlu Yusifovun idarə etdiyi kvadrisikl daş hasara çırpılıb. Nəticədə sürücü aldığı ağır xəsarətlərdən hadisə yerində həyatını itirib. Faktla bağlı araşdırma aparılır. Baş Dövlət Yol Polisi İdarəsindən bildiriblər ki, son dövrlər istirahət və turizm məkanlarında geniş istifadə edilən kvadrisikllərin istismarı zamanı təhlükəsizlik qaydalarına əməl olunmaması ciddi narahatlıq doğurur….
Subyekt.az