![]()
Kəlbəcər rayonunun işğalı zamanı – 08 aprel 1993-cü ildə itkin düşmüş döyüşçü Şahin Kərimovun nəşi 33 ildən sonra Meydançay ərazisində, keçmiş döyüş mövqelərindən birində aşkar edilmişdir.
Məlumata görə, Şahin Kərimov Heydər oğlu döyüş əməliyyatları zamanı mühasirəyə düşmüş 80 əsgər və zabitin həyatını xilas edərkən qəhrəmancasına şəhid olmuşdur.
Onun göstərdiyi şücaət və fədakarlıq nümunəsi hərb tariximizdə xüsusi yer tutur.
Şəhid Şahin Kərimovun nəşi 19 fevral 2026-cı il tarixində Mingəçevir şəhərində yerləşən Şəhidlər Xiyabanında torpağa tapşırılacaqdır.
Allah şəhidimizə rəhmət eləsin, ruhu şad, məkanı cənnət olsun.
Rövşən Hüseynli
Subyekt.az