![]()
11 fevral tarixində Milli Məclisin deputatı Pərvanə Vəliyeva Xətai rayonu, 35 saylı seçki dairəsi üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı vətəndaşlar müxtəlif sosial, məişət və digər məsələlərlə bağlı müraciətlərini deputatın diqqətinə çatdırıblar. Pərvanə Vəliyeva hər bir müraciəti diqqətlə dinləyib, qaldırılan məsələlərin həlli istiqamətində aidiyyəti qurumlarla birgə müvafiq tədbirlərin görüləcəyini bildirib.
Deputat vətəndaşlarla mütəmadi görüşlərin keçirilməsinin vacibliyini vurğulayaraq, seçicilərlə birbaşa ünsiyyətin onların problemlərinin operativ şəkildə həllinə töhfə verdiyini qeyd edib.
Növbəti vətəndaş qəbulunun 25 fevral tarixində keçiriləcəyi planlaşdırılır.



#Vətəndaşqəbulu #MilliMəclis #YAP #Xətai
Subyekt.az