![]()
Azərbaycan Dövlət Akademik Musiqili Teatrı ilə Berdax adına Qaraqalpaq Dövlət Akademik Musiqili Teatrı arasında teatr sahəsində əməkdaşlığa dair Memorandum imzalanıb. Sənəd yaradıcı əlaqələrin genişləndirilməsi, təcrübə mübadiləsi və birgə layihələrin həyata keçirilməsini nəzərdə tutur.
Memoranduma əsasən tərəflər rejissor, aktyor və dramaturqların qarşılıqlı mübadiləsi, birgə tamaşaların hazırlanması, qastrol səfərləri, ustad dərsləri və yaradıcı görüşlər üzrə əməkdaşlıq edəcəklər.
Memorandum Azərbaycan Dövlət Akademik Musiqili Teatrının direktoru Aqil Bəhramlı və Qaraqalpaq teatrının direktoru Paraxat Mamudov tərəfindən imzalanıb. Mərasimdə Azərbaycanın Xalq artisti Afaq Bəşirqızı və quruluşçu rejissor Əsgər Əsgərov iştirak ediblər.

Subyekt.az