![]()
Naxçıvan MR daxili işlər naziri general-mayor Süleyman Neymətov Babək Rayon Polis İdarəsində növbəti vətəndaş qəbulu keçirib.
S.Nemətov əvvəlcə rayonda ümummilli lider Heydər Əliyevin abidəsini ziyarət edərək əziz xatirəsini böyük hörmət və ehtiramla yad edib.
Sonra polis idarəsinin inzibati binasında qəabula gələn 48 vətəndaşın müraciəti dinlənilib, onların problemlərinin həlli üçün aidiyyəti üzrə tapşırıqlar verilib. Müraciətlərin əksəriyyətinin yerində həlli ilə bağlı tədbirlər görülüb.

.

.

Subyekt.az