![]()
Bu gün Azərbaycan ictimaiyyəti Azərbaycan Jurnalistlər Birliyinin üzvü, Azərbaycan Radiosunun əməkdaşı, Kəlbəcər rayonunun yetirməsi Kifayət Umudqızını dərin ehtiramla yad edir.
Peşəkar jurnalist kimi fəaliyyət göstərən Kifayət Umudqızı Azərbaycan radiosunda özünəməxsus, füsunkar səsi ilə dinləyicilərin yaddaşında silinməz iz qoyub. Onun hazırladığı verilişlər, təqdim etdiyi materiallar uşaqdan böyüyə geniş auditoriyanın rəğbətini qazanıb.
Kifayət xanımın ən böyük arzularından biri doğma Kəlbəcəri azad görmək və jurnalist fəaliyyətini həmin torpaqlarda davam etdirmək idi. Təəssüf ki, ömür vəfa etmədi. Bu gün isə onun ürəkdən sevdiyi Kəlbəcər azaddır və əziz xatirəsi hörmətlə yad olunur.
Kifayət Umudqızının xatirəsi onu tanıyanların və dinləyənlərin qəlbində daim yaşayacaq. Ruhu şad olsun.
Rövşən Hüseynli
Subyekt.az