![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bugün Sabunçu rayonunun Bakıxanov qəsəbəsində növbəti vətəndaş qəbulu keçirib.
Qəbul zamanı vətəndaşlar fərdi qaydada dinlənilib, onların qarşılaşdıqları problemlərlə yaxından tanış olunub.
Vətəndaşların müraciətləri əsasən məşğulluq, sağlamlıq, sosial təminat, əfv, məişət və digər məsələlərlə bağlı olub.
Subyekt.az xəbər verir ki, Qaldırılan məsələlərin bir hissəsi yerindəcə həll edilib. Digər müraciətlərlə bağlı isə qanunvericiliyə uyğun olaraq aidiyyatı üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına müraciət olunması qərara alınıb.
Xatırladırıq ki, Millət vəkili Fazil Mustafa tərəfindən vətəndaşların qəbulu hər həftənin bazar ertəsi günü saat 15:00-da Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Sülh küçəsi 35 ünvanında keçirilir.
Subyekt.az