![]()
Azərbaycan Respublikasının Prezidentinin 2025-ci il tarixli müvafiq Sərəncamları ilə bir sıra yüksək vəzifəli dövlət qulluqçuları orden və medallarla təltif olunublar.
Belə ki, 12 iyun 2025-ci il tarixli Sərəncama əsasən Azərbaycan Respublikasının sosial-iqtisadi inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Baş nazirin müavini cənab Şahin Mustafayev 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilib.
Azərbaycan Respublikası Prezidentinin 11 yanvar 2025-ci il tarixli Sərəncamı ilə ölkədə gömrük işinin inkişaf etdirilməsində xidmətlərinə və gömrük orqanlarında uzunmüddətli səmərəli fəaliyyətinə görə Dövlət Gömrük Komitəsinin sədri cənab Şahin Bağırov da 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordeninə layiq görülüb.
21 iyun 2025-ci il tarixli Sərəncama əsasən dövlət qulluğunda uzunmüddətli səmərəli fəaliyyətinə görə Nazirlər Kabineti Aparatının Ümumi şöbəsinin müdiri cənab Asəf Həsənov “Əməkdar dövlət qulluqçusu” fəxri adı ilə təltif olunub. Həmin Sərəncamla Nazirlər Kabineti Aparatının Regionların inkişafı şöbəsinin müdiri cənab İlkin Məcidov və Nazirlər Kabineti Aparatının sektor müdiri Qurban Sadıqov “Tərəqqi” medalına layiq görülüblər.
2026-cı il yanvarın 23-də Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədov tərəfindən Prezidentin müvafiq Sərəncamlarına uyğun olaraq 2025-ci ildə orden və medallarla təltif edilmiş şəxslərə həmin dövlət təltiflərinin və vəsiqələrin təqdim olunması mərasimi keçirilib.
Təltif olunanlardan – Qurban Sadıqov əməyinə verilən yüksək qiymətə görə Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə və Azərbaycan Respublikasının Baş naziri cənab Əli Əsədova dərin minnətdarlığını bildirib.





Subyekt.az