![]()
Daxili İşlər Nazirliyinin Polis Akademiyasında təhsil almaq istəyən şagirdlər və onların valideynləri ilə Göyçay Rayon Polis Şöbəsində görüş təşkil olunub.
RPŞ-nin rəisi polis polkovniki Müqalib Abdıyev Polis Akademiyasında həyata keçirilən müasir təlim-tədris prosesi və burada təhsil almağın üstünlükləri barədə məktəblilərə məlumat verib.
Həmçinin Polis Akademiyasının tarixi, orada yaradılmış tədris, elmi və sosial mühit, kursantların sosial təminatı, eləcə də akademiyaya qəbul qaydaları barədə şagirdlərə məlumat verilib.
Daha sonra polisin gündəlik xidməti fəaliyyəti şagirdlərin diqqətinə çatdırılıb və avtomobillər, xüsusi texniki vasitələrlə tanışlıq olub.

.

.

Subyekt.az