![]()
Azərbaycan futbolu daha bir unudulmaz axşam yaşadı. Bakıda, Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən Qarabağ FK – “Ayntraxt Frankfurt” qarşılaşması 3:2 hesablı qələbə ilə tarixə düşdü. Möhtəşəm atmosfer, tribunaları dolduran azarkeş coşqusu və yüksək səviyyəli mübarizə oyuna xüsusi rəng qatdı.
Avropanın tanınmış klublarından birinə qarşı çıxan Qarabağ Futbol Klubu oyunun ilk dəqiqələrindən son fitədək əzmkarlıq, xarakter və sarsılmaz iradə nümayiş etdirdi. Qarşılıqlı hücumlar, gərgin mübarizə və meydanda sərgilənən intizamlı oyun azarkeşlərə əsl futbol bayramı yaşatdı. “Köhlən atlar” bu görüşdə yalnız qələbə üçün deyil, Azərbaycan futbolunun adına yaraşan oyun nümayiş etdirmək üçün mübarizə apardı.
Tofiq Bəhramov adına stadionu dolduran minlərlə azarkeş Qarabağ FK-nın çıxışından böyük zövq aldı. Komanda isə bu inamın qarşılığını möhtəşəm oyun və yüksək əhval-ruhiyyə ilə verdi. Bu qələbə bir daha sübut etdi ki, Qarabağ FK artıq Avropa arenasında söz sahibi olan, hörmət və nüfuz qazanan klubdur.
Bu uğurlu yolun arxasında baş məşqçi Qurban Qurbanovun böyük zəhməti və peşəkar yanaşması dayanır. Onun rəhbərliyi altında Qarabağ FK illərdir sabit və inamlı şəkildə inkişaf edir, Azərbaycan futbolunu beynəlxalq arenada layiqincə təmsil edir.
Təşəkkürlər, Qurban Qurbanov!
Təşəkkürlər, Qarabağ FK!
Eşq olsun bu mübarizəyə, eşq olsun Azərbaycan futboluna!

Rövşən Hüseynli
Subyekt.az