![]()
Sabah Bakının Yasamal və Suraxanı rayonlarının bəzi ərazilərində təbii qazın verilişində fasilə yaranacaq.
Bu barədə “Azəriqaz” İB məlumat məlumat yayıb.
Bildirilib ki, paytaxtın Yasamal rayonu, Məhəmməd Xiyabani küçəsində qaz xəttinin yerinin dəyişdirilməsi, həmçinin Suraxanı rayonu, Hövsan qəsəbəsində qaz sızmaları aradan qaldırılacaq. Bu işlərlə əlaqədar saat 10:00-dan etibarən qaz təchizatının dayandırılması planlaşdırılır.
Subyekt.az