![]()
Kəlbəcərdə mövsümün ilk qarının yağması bölgənin özünəməxsus təbiət gözəlliklərini bir daha ön plana çıxarıb. Ağ örpəyə bürünən dağlar və meşələr Kəlbəcər sakinlərini və təbiətsevərləri heyran edib.
Bu mənzərələr fonunda nadir və maraqlı bir an da kameraya düşüb. Belə ki, çöl heyvanları — ana və bala cüyür Kəlbəcərdə kameranın obyektivinə tuş gəlib. YKT-İnşaat şirkətinin rəhbəri Şəmsəddin Məmmədov cüyürləri lentə alaraq bu unikal görüntüləri qeydə alıb.
Görüntülərdə təbiətin sakitliyi, cüyürlərin sərbəst hərəkəti və qarlı mənzərə bir-birini tamamlayaraq Kəlbəcərin zəngin fauna və florasının bariz nümunəsini ortaya qoyur. Sosial şəbəkələrdə yayılan bu kadrlar qısa zamanda böyük marağa səbəb olub.
Qeyd edək ki, Kəlbəcər rayonu zəngin təbii sərvətləri, nadir çöl heyvanları və ecazkar mənzərələri ilə seçilir. İlk qarın yağması isə bu gözəllikləri daha da cazibədar edir.
Rövşən Hüseynli
Subyekt.az