![]()
Kəlbəcərli gənc şair Samir Mustafa Türk Dövlətləri Təşkilatının Ağsaqqallar Şurasının sədri, Türkiyə Respublikasının sabiq baş naziri, sabiq nəqliyyat naziri və Türkiyə Böyük Millət Məclisinin sabiq sədri, görkəmli dövlət xadimi cənab Binəli Yıldırımı 70 illik yubileyi münasibətilə təbrik edib.
Təbrik mesajında Samir Mustafa cənab Binəli Yıldırımın Türk Dövlətlərinin birliyi, bərabərliyi və davamlı inkişafı naminə göstərdiyi əvəzsiz tarixi xidmətləri xüsusi vurğulayıb. O, Binəli Yıldırımın siyasi və ictimai fəaliyyəti ilə Türk dünyasında həmrəyliyin möhkəmlənməsinə verdiyi töhfələri yüksək qiymətləndirib.
Gənc şair yubiley münasibətilə cənab Binəli Yıldırıma gələcək fəaliyyətində uğurlar arzulayaraq, ona möhkəm cansağlığı və uzun ömür diləyib.
Subyekt.az