![]()
Subyekt.az Report -a istinadla xəbər verir ki, söhbət sabiq baş nazir və həyat yoldaşının 2021-ci ildə Səudiyyə Ərəbistanı hökumətindən aldığı dövlət hədiyyələri ilə bağlı ehtimal olunan dələduzluqdan gedir.
Məhkəmə İmran Xanı və Büşra Bibini “etibardan sui-istifadə” maddəsi ilə 10 il, “Korrupsiyanın qarşısının alınması” haqqında qanunun müxtəlif maddələri ilə isə 7 il həbs cəzasına məhkum edib. Bundan başqa, onlara 16,4 milyon Pakistan rupisi (təxminən 60 min ABŞ dolları) məbləğində cərimə təyin edilib.
Cinayət işi 2024-cü ilin iyulunda açılıb. İstintaq İmran Xan və Büşra Bibinin bahalı saatlar, zinət əşyaları kimi qiymətli hədiyyələri Toşaxanaya təhvil verməyərək satdığını iddia edir.