![]()
Milli Məclisin deputatı, Böyük Azərbaycan Partiyasının sədri Elşad Musayev Binəqədi rayonu Biləcəri qəsəbəsində növbəti vətəndaş qəbulu keçirdi.
Subyekt.az xəbər verir ki, Bələdiyyə binasında baş tutan görüşdə rəsmi şəxslər, cəmiyyətin sosial müdafiəyə ehtiyacı olan nümayəndələri və digər qəsəbə sakinləri iştirak etdi.
Qəbul zamanı müraciət və təkliflər dinlənildi, bəzi məsələlər yerində öz həllini tapdı, digər müraciətlər qanunamüvafiq qaydada həll olunması üçün nəzarətə götürüldü.










#MilliMəclis #VətəndaşQəbulu #MillətVəkili #ElşadMusayev
Subyekt.az