![]()
Nazirlər Kabinetinin ötən həftə qəbul etdiyi qərarla hərbi xidmətə çağırışda bir sıra yeniliklər edilib.
Tibbi müayinə nəticələri diaqnozun dəqiqləşdirilməsini tələb etdikdə həmin şəxslər əvvəlki kimi tibb müəssisələrinə əlavə müayinəyə göndəriləcək. Lakin gənc “hərbi xidmətə müvəqqəti yararsız” hesab olunarsa, artıq o, tibb müəssisələrində mütləq qaydada müalicəyə cəlb ediləcək.
Bu müalicənin maliyyə təminatı da dəqiqləşdirilib. Proses dövlət büdcəsinin vəsaiti hesabına, xidmətlər zərfində nəzərdə tutulduğu halda isə icbari tibbi sığorta çərçivəsində həyata keçiriləcək.
Subyekt.az