![]()
QURUMUŞ BƏNDDƏN 74 CƏSƏD ÇIXDI
İranın Kərəc şəhərindəki bəndin qurumasından sonra dəhşətli hadisə qeydə alınıb. JAM xəbər verir ki, bəndin qurumasından sonra onun yatağından 74 meyid aşkarlanıb.
Bəndin direktoru Əli Moallimi məlumatı təkzib etsə də, hadisə şahidləri faktı təsdiqləyiblər. Bunun ardından isə İran Ali Təhlükəsizlik Şurasından yerli mediaya xəbərdarlıq edilib ki, bu barədə xəbər yaymasınlar.
Bu cədələrin 2019-cu ilin noyabr iğtişaşları zamanı itkin düşmüş şəxslər olduğu güman edilir. Bildirilir ki, həmin vaxt İrandakı rejim qətlə yetirdiyi etirazçıların izini itirmək üçün bu addımı atıb.
Xatıdladaq ki, 2019-cu ilin etirazları zamanı yüzlərlə şəxsin itkin düşdüyü rəsmi hesabatlarda yer alıb.
Subyekt.az