![]()
Millət vəkili, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa Sabunçu rayonunun Bakıxanov qəsəbəsində noyabr ayı üzrə növbəti vətəndaş qəbulunu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbul zamanı millət vəkili vətəndaşları fərdi qaydada dinləyib, onların müraciət və təklifləri ilə yaxından maraqlanıb. Görüşdə Bakı şəhərinin müxtəlif rayonlarından – Xətai rayonundan Sultanova Gülşən Bəbir qızı, Nizami rayonundan Səmədli Könül Məmməd qızı, Binəqədi rayonundan Xasayev Neyman Nəriman oğlu, Bakıxanov qəsəbəsindən Usubov Nüsrət Sədrəddin oğlu, Bayramov Nurəddin Məmmədtağı oğlu, İsmayılova Lyubov Yuryevna, Hümbətova Bəsti Köçəri qızı və digər sakinlər iştirak ediblər.Vətəndaşların müraciətləri əsasən məşğulluq, mənzil, təhsil, sosial təminat, abadlıq məsələləri, eləcə də vəzifəli şəxslərin fəaliyyətindən narazılıqlar və digər sosial çətinliklərlə bağlı olub.
Qaldırılan məsələlərin bir hissəsi Millət vəkili tərəfindən elə qəbul zamanı yerindəcə həll olunub, digər müraciətlər isə qanunvericiliyə uyğun şəkildə aidiyyəti üzrə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına yönləndirilib.
#MilliMəclis #VətəndaşQəbulu #MillətVəkili #FazilMustafa
Subyekt.az