![]()
Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanasına yeni baş həkim təyinatı həyata keçirilib. Bu vəzifəyə Samirə Kazımova təyin olunub.
Subyekt.az xəbər verir ki Ajans.az-ın əldə etdiyi məlumata görə, Samirə Kazımova bundan əvvəl Şəmkir Rayon Mərkəzi Xəstəxanasının tabeliyində fəaliyyət göstərən Kür qəsəbə xəstəxanasının baş həkimi vəzifəsində çalışıb.
Qeyd edək ki, Ağciyər Xəstəlikləri Mərkəzinin Şəmkir Regional Xəstəxanası Gəncə və Naftalan şəhərləri, eləcə də Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Daşkəsən, Göygöl, Samux və Goranboy rayonlarını əhatə edən 2 şəhər və 9 rayon üzrə vətəndaşlara ixtisaslaşmış tibbi xidmət göstərir.
Subyekt.az