![]()
Mingəçevir şəhəri N. Nərimanov küçəsində abonentin qaz xəttinin mövcud şəbəkəyə qoşulması ilə əlaqədar Mingəçevir şəhərində Ş.İ.Xətai, N.Nərimanov, A.Məmmədov, N.Gəncəvi küçələrində və H.Əliyev (2100 abonent) prospektində oktyabrın 22-də saat 10:00-dan işlər yekunlaşanadək “Mingəçevir 1 xətt” ölçü qovşağının üzərində quraşdırılmış kollektordan qaz təchizatının daxildən dayandırılması planlaşdırılır.
Bu barədə Azərbaycan Dövlət Neft Şirkətinin (SOCAR) “Azəriqaz” İstehsalat Birliyi məlumat yayıb.
Həmçinin Ağcabədi şəhəri N.Nərimanov küçəsində qeyri-yaşayış sahəsinin qarşısından keçən d-89 mm-lik qaz xəttinin şəbəkəyə qoşulması məqsədilə oktyabrın 23-də həmin ərazinin (N.Nərimanov, Ş.Qurbanov, E.Sadiqov, M.Hüseynzadə, Ə.Süleymanov, S.Vurğun, İ.Məlikzadə, Babək, Z.Adıgözəlov küçələri – 1920 abonent) qaz təchizatının daxildən dayandırilacaq.
Subyekt.az