![]()
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa parlamentdə növbəti vətəndaş qəbulu keçirib.
Subyekt.az xəbər verir ki, Qəbulda ictimai xadim, şair-publisist Qəşəm Nəcəfzadə, eləcə də vətəndaşlar Hakim Fərəcov, Könül Ağayeva, Mahir Ağayev və digərləri iştirak edib. Komitə sədri hər bir müraciətçini diqqətlə dinləyərək qaldırılan məsələlər barədə öz fikirlərini bölüşüb. Fazil Mustafa bildirib ki, səsləndirilən vacib məsələlər üzrə müvafiq dövlət qurumlarına rəsmi məktublarla müraciət ediləcək.
Görüş zamanı Fazil Mustafa Komitənin fəaliyyəti, o cümlədən Milli Məclisdə ictimai birliklər, həmkarlar təşkilatları, dini qurumlar, ümumən digər vətəndaş cəmiyyəti institutları ilə bağlı aparılan müzakirələr, qəbul edilən və qüvvədə olan müvafiq qanunvericilik aktları barədə də məlumat verib.


#MilliMəclis #VətəndaşQəbulu #FazilMustafa
Subyekt.az