![]()
Bu barədə “Azəriqaz” İB məlumat yayıb.
Bildirilib ki, təmir-bərpa işləri aparılan müddətdə Yasamal rayonu üzrə Nizami, Bülbül, R.Rza, N.Rəfibəyli, T.Xəlil, M.İbrahimov, M.Muxtarov, İçərişəhər küçələrinin və Azərbaycan prospektinin, Nəsimi rayonu üzrə isə S.Əsgərova, C.Məmmədquluzadə, S.Rüstəm, R.Behbudov, Ş.Əzizbəyov, S.Rəhimov küçələrinin və Bülbül prospektinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq.
Həmçinin “Qaz İxrac” İdarəsinə məxsus “Qəbələ QPS qaz kəməri qolu”nun 14-cü km hissəsinin yenidən qurulması və yeni çəkilmiş kəmərin qaz nəqli sisteminə qoşulması səbəbindən oktyabrın 14-də saat 8:00-dan işlər başa çatanadək qaz təchizatının dayandırılması planlaşdırılır. Təmir işləri aparılan müddətdə Qəbələ rayonunun qaz təchizatı müvəqqəti dayandırılacaq.
Subyekt.az