![]()
Sumqayıt şəhərində fəaliyyət göstərən ən böyük rəqəmsal xidmət təminatçılarından biri “çöküb”.
Söhbət “SN Telekom” MMC-dən (SNTV) gedir. Subyekt.az xəbər verir ki , Sumqayit24.az-a müraciət edən sakinlər bildiriblər ki, artıq bir neçə saatdır ki, evlərində internet bağlantısı kəsilib. Onlar bunun səbəbini öyrənmək üçün SNTV-nin əlaqə nömrələrinə zəng etməyə çalışsalar da, zəngləri cavabsız qalıb.
Subyekt.az