![]()
Avropa İnsan Hüquqları Məhkəməsi (AİHM) jurnalist Pərviz Həşimlinin keçmiş Milli Təhlükəsizlik Nazirliyinin (MTN) qanunsuz həbsi və sifarişli məhkəmə hökmünə dair şikayətini təmin edib.
“2013-cü ildə MTN tərəfindən həbs edilərək 8 il azadlıqdan məhrum edilmişdim. AİHM hesab edib ki, həbsim tam qanunsuz olub, mənzilimə istintaq orqanı tərəfindən silahlar yerləşdirilib və Bakı Ağır Cinayətlər Məhkəməsi ədalətli məhkəmə araşdırması aparmayıb. Bununla mənim azadlıq və toxunulmazlıq hüququm, ədalətli məhkəmə araşdırması hüququm, həmçinin şəxsi və ailə həyatına hörmət hüququm pozulub”, – Pərviz Həşimli bildirib.
Jurnalist AİHM-in ona təzminat təyin etdiyini və sevincini öncə onu həbs etmiş hakim Novruz Kərimova ilə paylaşdığını qeyd edib. “O, mənə dedi: ‘Bu qalibiyyətinə görə səni təbrik edirəm, axır ki, istəyinə nail oldun’”, – Həşimli əlavə edib.
Subyekt.az xəbər verir ki, Pərviz Həşimli həmçinin Avropa Məhkəməsində onu müdafiə edən vəkil Elçin Sadıqova, həmçinin MTN-dəki cinayətkar dəstənin qarşısında onu ləyaqətlə və vicdanla müdafiə edən Bəhruz Bayramova, Yalçın İmanova və Fariz Namazlıya təşəkkürünü bildirib. Jurnalist qərardan sonra bəraət almaq üçün Ali Məhkəməyə müraciət edəcəyini qeyd edib.
Qeyd edək ki, Pərviz Həşimli 2016-cı ildə Prezident İlham Əliyevin əfv sərəncamı ilə azadlığa buraxılmışdı.
Subyekt.az