![]()
Torpaqlarımızın azadlığı uğrunda aparılan 44 günlük Vətən müharibəsində şəhid olmuş igid qəhrəmanlarımızın xatirəsi 27 Sentyabr-Anım günü ilə əlaqədar olaraq doğulduqları Günəşli, Ağayrı, İsmətli və Çaylı kəndlərində də anılıb.
Anım mərasimində iştirak edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, Rayon Polis şöbəsinin rəisi Nəsib Məmmədov, Rayon İcra Hakimiyyətinin,YAP Biləsuvar rayon təşkilatının, Səfərbərlik və Hərbi Çağırış üzrə Dövlət Xidmətinin rayon şöbəsinin məsul əməkdaşları və şəhidlərimizin ailə üzvləri Günəşli, Ağayrı, İsmətli və Çaylı kəndlərindəki şəhid məzarlarını ziyarət edərək əziz xatirələrinə gül dəstələri düzmüşlər.
Mərasim zamanı din xadimləri tərəfindən şəhidlərimizin ruhlarına dualar oxunmuşdur.
Subyekt.az