![]()
Formula 1 Azərbaycan Qran-Prisinin daha dörd il müddətinə uzadılaraq 2030-cu ilə qədər dünya çempionatının təqvimində qalacağı bu gün elan olunub.
Bakı Şəhər Halqası 2016-cı ildən etibarən Formula 1 azarkeşlərinə unikal trası ilə həyəcanlı yarışlar təqdim edir. Tarixi İçərişəhərin dar döngələri və Xəzər sahili boyunca uzanan uzun sürətli düzlükləri ilə tanınan bu tras hər il gərgin mübarizələrə səhnə olur. Yarışın izləyici auditoriyası da ilbəil genişlənir: 2024-cü ildə keçirilən yarış 70-dən çox ölkədən azarkeşi bir araya gətirib.
Subyekt.az