![]()
“ABŞ Prezidenti Donald Trampın rusiyalı həmkarı Vladimir Putinə qarşı səbri tükənmək üzrədir”. bunu Finlandiya Prezidenti Aleksandr Stubb deyib. “Cümə axşamı Prezident Trampla son söhbətimdə onun səbrinin tükəndiyinə dair əlamətlər gördüm”, – prezident bildirib. Stubb Rusiya liderinin Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşünü çətin hesab edir: “Onda səbr tam tükənəcək. Tramp Putinin dinlədiyi və açıq desək, qorxduğu yeganə adamdır”.
Subyekt.az