![]()
20 avqust 2025-ci il tarixində Biləsuvar rayon İcra Hakimiyyəti, BƏƏ-in “MASDAR” şirkəti, “NVVEPDI.AZ” MMC və Şirvan-Salyan Regional Məşğulluq filialının birgə təşkilatçılığı ilə Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismarı zamanı işə qəbulla bağlı tədbir keçirildi.
Tədbirdə Biləsuvar Rayon İcra hakimiyyəti əməkdaşı Sadiq Məmmədov, Şirvan-Salyan Regional Məşğulluq filialının əməkdaşı Xəqani Məmmədov, podratçı təşkilat “NVVEPDI.AZ” MMC-in rəsmi şəxsləri Sərvan Zöhrabzadə, Rahib Abbasov, “MASDAR” şirkətinin icmalarla əlaqələr və sosial məsələlər üzrə məsul şəxsi Təranə Cəfərova iştirak etdilər.
Tədbir iştirakçıları Günəş Elektrik Stansiyasının (GES) tikintisi və istismarı zamanı iş şəraiti və işə qəbul haqqında rayon sakinlərinə məlumat verildi. Bildirildi ki, Günəş Elüktrik Stansiyasında işə qəbul yalnız Məşğulluq Mərkəzi tərəfindən həyata keçiriləcək, bundan başqa hər hansı bir vasitə, sosial şəbəkə elanları, şəxsi əlaqələr və ya digər yollar qanunsuzdur və tanınmır.
Subyekt.az