![]()
Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov bu gün Çinarlı kəndində Çinarlı və Aranlı kənd sakinləri ilə növbəti səyyar qəbul keçirib.
Səyyar qəbulda Biləsuvar Rayon İcra Hakimiyyəti Başçısı aparatının məsul şəxsləri, rayonun idarə, müəssisələrinin, xidmət sahələrinin rəhbərləri və hər iki kəndin sakinləri iştirak edib.
Səyyar qəbul zamanı Faiq Qürbətov ölkə Prezidenti cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda və rayonumuzda görülən işlər barədə kənd sakinlərinə ətraflı məlumat verib.
Sonra Rayon İcra Hakimiyyətinin başçısı kənd sakinlərinin təkliflərini, istəklərini dinləyib və onları narahat edən problemləri məsul şəxslərin iştirakı ilə araşdırıb. Səsləndirilən bir çox məsələlər yerində həll edilib, icrası zaman tələb edən məsələlər isə nəzarətə götürülüb.

.

.

.

Subyekt.az