![]()
“Azərbaycan Jurnalistlər Şəbəkəsi” İctimai Birliyi Qarabağ və Şərqi Zəngəzurun dirçəlişinə həsr olunmuş sənədli film layihəsinin icrasına başlayıb.
İctimai Birliyin sədri Ayaz Mirzəyev bildirib ki, layihənin məqsədi işğaldan azad edilmiş ərazilərdə – Qarabağ və Şərqi Zəngəzurda həyata keçirilən bərpa və quruculuq işlərini, eləcə də bu torpaqlara “Böyük Qayıdış”ı əks etdirən sənədli film istehsal etməkdir.
Filmdə 44 günlük Vətən müharibəsində qazanılmış tarixi Zəfər, onun nəticəsində başlanan genişmiqyaslı yenidənqurma işləri və keçmiş məcburi köçkünlərin öz doğma yurdlarına qayıdışı yaradıcı şəkildə təqdim olunacaq. Eyni zamanda, ekran əsərində Vətən müharibəsinin beşinci ildönümündə Azərbaycan xalqının keçirdiyi qürur və sevinc hissləri də əks olunacaq.
Layihə çərçivəsində indiyədək Ağdam, Xocalı, Şuşa və Xankəndi şəhərlərində çəkilişlər aparılıb. Yaxın günlərdə Cəbrayıl, Füzuli, Laçın, Kəlbəcər və Zəngilan rayonlarında da çəkilişlərin həyata keçirilməsi nəzərdə tutulur.
Layihənin donoru Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyidir.

.

.

.

.

.

Subyekt.az