![]()
Ələkbər Hüseynov Azərbaycan Dövlət İncəsənət İnstitutunun Dram və kino aktyorluğu fakültəsində təhsil alıb. Şəki Dövlət Dram Teatrında, A.Şaiq adına Azərbaycan Dövlət Kukla Teatrında çalışıb. Bu teatrın səhnəsində çox sayda tamaşada rol alıb. “Səadət quşu” və “Möcüzəli tamaşa” pyeslərini teatrın rus bölməsində tamaşaya hazırlayıb. “Keçəlin toyu” tamaşasındakı “Keçəl” rolu ilə İstanbulda, “Bülbül” tamaşası ilə İranda, Türkmənistanda keçirilən beynəlxalq festivalların laureatı olub.
Əməkdar artist Ələkbər Hüseynov 2007-ci ildə vəfat edib.
Subyekt.az