![]()
İsraildə iyunun 13-dən başlayaraq İranın raket zərbələri səbəbindən 24 nəfər həlak olub. Subyekt.az TASS-a istinadən xəbər verir ki, bu barədə İsrailin Baş nazirinin Ofisinin müşaviri Dmitri Gendelmanın yaydığı məlumatda qeyd olunub. Bildirilib ki, son dörd gün ərzində 640-dan çox insan isə yaralanıb. Onun sözlərinə görə, yaralılardan 10-u ağır vəziyyətdədir.
Subyekt.az