![]()
“Ağac bar verdikcə başını aşağı əyər ” deyiblər. Ən ali kürsüdə belə sadəliyini , səmimiliyini itirməyən Quba Rayon İcra Başçısı İlqar Mahmudovun bu gün doğum günüdür . Başçı seçildiyi qısa vaxt ərzində Quba sakinlərinin sevgisini qazanmışdır. Daima şəhid ailəllərinin yanında olan İlqar müəllim onların qayğıları , problemləri ilə maraqlanmış əlindən gələn köməkliyi göstərir. Qubanın daha da gözəl və göz oxşayan olması üçün yenidən quruculuq işləri aparan işçi heyyətinə şəxsən özü nəzarət edir . Tez- tez əhali arasında tədbirlərdə , gündəlik həyatda görünən başçı onlarla daima səmimi görüşür , nəvazişini əsirgəmir.
Mahmudov İlqar Akif oğlu 02 iyun 1975-ci ildə Bakı şəhərində anadan olmuşdur. 1992-ci ildə Bakı şəhəri Nəsimi rayonu 211 saylı tam orta məktəbi bitirdikdən sonra Bakı Dövlət Universitetinin Beynəlxalq Hüquq və Beynəlxalq Əlaqələr fakultəsinə daxil olmuş, 1997-ci ildə həmin fakultəni fərqlənmə diplomu ilə bitirmişdir. 2001-2003-cü illərdə Azərbaycan Dövlət İqtisad Universitetində Beynəlxalq İqtisadi Münasibətlər və 2007-2010-cu illərdə Bakı Dövlət Universitetinin Hüquq fakultələrində əlavə təhsil almışdır.
Əmək fəaliyyətinə 1997-ci ildə Azərbaycan Respublikası Təhsil Nazirliyində başlamışdır. 1997-2003-cü illərdə nazir köməkçisi, 2003-2016-cı illərdə Bakı Humanitar Kollecinin direktoru, 2016-2018-ci illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyinin Şəki, Oğuz, Qəbələ rayonları üzrə 4 saylı Ərazi Maliyyə Hesablama Mərkəzinin rəisi, 2018-2019-cü illərdə Azərbaycan Respublikası Təhsil Nazirliyi Ümumi təhsil şöbəsinin müdir müavini, 2019-cu ildən 2023-ci ilin sentyabr ayınadək Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin Daxili Nəzarət şöbəsinin müdiri vəzifələrində çalışmışdır. Hüquq elmləri namizədidir.
Azərbaycan Respublikası Prezidentinin 31 avqust 2023-cü il tarixli Sərəncamı ilə Quba Rayon İcra Hakimiyyətinin başçısı təyin edilmişdir.
Yeni Azərbaycan Partiyasının üzvüdür. Ailəlidir iki övladı var.
Subyekt.az saytı adından İlqar Mahmudovu ürəkdən təbrik edir və işlərində uğurlar arzulayırıq.

Firəngiz Sabirqızı
Subyekt.az