![]()
Rusiyada – Kurilin cənub sahillərində iki güclü zəlzələ baş verib. Bu barədə “Yujno-Saxalinsk” seysmoloji stansiyası məlumat yayıb. Bildirilib ki, mayın 30-na keçən gecə Sakit okeanda silsilə yeraltı təkanlar qeydə alınıb. Onların maqnitudası 4,8 və 4,6 bal təşkil edib. Seysmoloji aktivliyin episentri İturup adasından cənub-şərqdə qeydə alınıb. Seysmoloji stansiyanın rəsmisi zəlzələlərin yeraltı ocağının dərinliyi barədə məlumat verməyib. Zərərçəkənlər və dağıntılar barədə məlumat yoxdur.
Subyekt.az