![]()
İranın cənub-şərqində yerləşən Kirman əyalətində 5,1 maqnitudalı zəlzələ qeydə alınıb. Hadisə ilə bağlı ilkin məlumatı İranın Milli Seysmoloji Mərkəzi yayıb.
Bildirilib ki, yeraltı təkanların ocağı yer səthindən təxminən 8 kilometr dərinlikdə yerləşib. Tələfat və dağıntılarla bağlı hələlik əlavə məlumat verilməyib. Axtarış-xilasetmə xidmətləri vəziyyəti nəzarətdə saxlayır.
Subyekt.az