![]()
Bu gün Xalq artisti, “Şöhrət” və “İstiqlal” ordenli Habil Əliyevin anadan olmasının 98 ili tamam olur.
Habil Əliyev Asəf Zeynallı adına orta ixtisas musiqi məktəbinin kamança şöbəsində təhsil alıb. Ağdaş Dövlət Dram Teatrında, Azərbaycan Dövlət Filarmoniyasında çalışıb. Bənzərsiz kaman ifaçısı muğamlarımızın yeni ifa tərzini formalaşdıraraq novatorluqla ənənənin sintezinə nail olub. Sənətkarın ifasında “Sarı gəlin”, “Qaragilə”, “Sona bülbüllər” və digər xalq mahnıları mədəniyyətimizin qızıl fonduna daxildir. Ustad sənətkar virtuoz ifaçılığı ilə yanaşı 15-dən artıq gözəl mahnının da müəllifidir.
Görkəmli sənətkar 2015-ci ildə vəfat edib.
Subyekt.az