![]()
Qubada xidmət edən 20 yaşlı əsgərin antibiotik iynəsinin təsirindən öldüyü bildirilir.
Oğuz rayonunun Xaçmaz kəndindən olan Fariz İsayev adlı əsgərin yüksək hərarəti olub və o, iynənin təsirindən şoka düşüb.
Əlavə olunur ki, İsayev bir ay öncə and içərək hərbi xidmətə başlayıbmış.
Xəzər Hərbi Tədqiqatlar İnstitutunun məlumatına görə, 2025-ci ilin əvvəlindən mayın ortasına qədər Azərbaycanda ən az 14 hərbi qulluqçu qeyri-döyüş şəraitində həyatını itirib.
Subyekt.az