![]()
Azərbaycan Kikboksinq Federasiyasında (AKF) yeni təyinat gerçəkləşib.
Subyekt.az Sportinfo.aza istinadən xəbər verir ki, döyüş növləri üzrə dünya və Avropa çempionu Tural Cavadov federasiyanın Abşeron-Xızı-Sumqayıt regional filialının sədr müavini vəzifəsinə təyin olunub.
Tanınan idmançı saytımıza açıqlamasında bu şərəfli və ədalətli yolda idman ictimaiyyətinə, idmançılarımızın inkişafı üçün var gücü ilə çalışacağına söz verib:
“Məqsədimiz gəncləri sağlam həyat tərzinə yönəltmək, vətənpərvər ruhda idmançılar yetişdirmək və bölgəmizi beynəlxalq arenada layiqincə təmsil edə biləcək güclü çempionlarla tanıtmaqdır.
Subyekt.az