Gürcüstan-Ermənistan sərhədi yaxınlığında zəlzələ baş verib. Yeraltı təkanlar Tbilisi vaxtı ilə saat 10:11-də qeydə alınıb. Zəlzələnin episentri Gürcüstan-Ermənistan sərhədindən təxminən 3 kilometr məsafədə yerləşib. Seysmik hadisənin maqnitudası 3.5 təşkil edib.