![]()
Şəki şəhərində “Yuxarı Baş” Milli Tarix-Memarlıq Qoruğu ərazisində yerləşən “Dairəvi məbəd” əsaslı təmir olunacaq.
Bu barədə Dövlət Türizm Agentliyindən məlumat əldə edilib. Məlumata görə, agentlik artıq bununla bağlı müvafiq işlərə başlayır. Eyni zamanda agentlik sözügedən işlər 103 099 manata başa gələcəyini proqnozlaşdırıb. Qeyd edək ki, Şəki şəhərindəki Dairəvi Məbəd (ingiliscə: Round Temple), həmçinin Nuxa Üç Müqəddəs Kilsəsi (Three Saints Church) kimi tanınır və Azərbaycanın tarixi və mədəni irsinin əhəmiyyətli nümunələrindən biridir. Bu məbəd Şəki şəhərinin mərkəzində, məşhur Şəki Xan Sarayının yaxınlığında yerləşir. Məbədin tikilmə tarixi dəqiq bilinməsə də, bəzi mənbələr onun V–VI əsrlərə aid olduğunu göstərir, bu da onu Qafqaz Albaniyasının erkən xristian dövrünə aid edir . Lakin digər tədqiqatçılar onun XIX əsrdə rus pravoslav kilsəsi kimi inşa edildiyini bildirirlər.
Subyekt.az