![]()
Azərbaycan Respublikası Milli Məclisinin deputatı, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Fazil Mustafa bu gün Bakı şəhəri, Bakıxanov qəsəbəsində (Sülh küçəsi,35) növbəti vətəndaş qəbulu keçirib. Qəbulda seçicilərlə yanaşı digər vətəndaşlar da iştirak ediblər.
Müraciət edənləri narahat etdiyi başlıca məsələlər- sosial müdafiə, məşğulluq, mənzil, hüquqi yardım, səhiyyə və digərlərindən ibarət olub.
Subyekt.az xəbər verir ki, Qəbul iştirakçıları Millət vəkili tərəfindən fərdi qaydada dinlənilib və qaldırılan məsələlərin bir qismi yerindəcə həlli edilib. Qanunvericiliyə uyğun olan digər məsələlərlə bağlı isə nəzərdə tutlan müddətdə mərkəzi və yerli icra hakimiyyəti orqanlarına aidiyyatı üzrə müraciət ediləcəyi vətəndaşların diqqətinə çatdırılıb.






#MilliMəclis #MillətVəkili #FazilMustafa #VətəndaşQəbulu
Subyekt.az