![]()
Məlumata görə, 1974-cü il martın 12-də anadan olmuş Elşən İsaməddin oğlu Ərzumanovun qalıqları ekspertiza nəticəsində tanınıb.
Əsgər kimi hərbi xidmət keçən Elşən Ərzumanov 1993-cü ildə Qarabağ döyüşləri zamanı itkin düşüb.
Şəhidin nəşi 16 may 2025-ci il tarixində Quba rayonuna gətiriləcək. Qarşılama mərasimi həmin gün şəhərin girişində, Gənclər parkının yaxınlığında təşkil olunacaq.
O, Quba Şəhidlər xiyabanında dəfn ediləcək.
Şəhirdin ailəsi hazırda Quba şəhəri, Dağıstan küçəsində yaşayır.
Subyekt.az