![]()
İsti bölgələrdə yayılmış ölümcül göbələk xəstəliyi qlobal istiləşmə səbəbindən daha sürətlə yayıla bilər. Mançester Universitetinin alimlərinin yeni araşdırmasına görə, Aspergillus fumigatus cinsindən olan ölümcül göbələk infeksiyaları insanlarda ağır tənəffüs xəstəliklərinə səbəb ola bilər. Mütəxəssislər deyirlər ki, bu infeksiyalar əsasən Afrika və Cənubi Amerikadan şimala – Avropa və Asiyaya yayılacağını proqnozlaşdırırlar. Hesablamalara görə, qlobal istiləşmə səbəbindən bu cür göbələklərin yayılma sahəsi 2100-cü ilə qədər 77 faiz arta bilər. Bunun təkcə Avropa qitəsində 9 milyona yaxın insanın, xüsusən də xroniki xəstəlikləri olan insanların sağlamlığını təhlükə altına atacağı bildirilir. Buna görə də xüsusən də ağciyər xəstəliyi olan və immuniteti zəif olan insanlar diqqətli olmağa çağırılıb.
Subyekt.az