![]()
Rusiyanın Xalq artisti Aleftina Evdokimova 85 yaşında vəfat edib. Subyekt.az News24.az-a istin adla xəbər verir ki, aktrisanın ölümünün səbəbi açıqlanmayıb.
Xalq artisti ilə vida mərasiminin yeri və vaxtı hələlik məlum deyil.
Qeyd edək ki, aktrisa 1992-ci ildə Xalq artisti fəxri adına layiq görülüb.
O, həmçinin 4-cü dərəcəli “Vətənə xidmətə görə” ordeni, “Şərəf” ordeni, “Dostluq” ordeni, “Əmək veteranı” medalı, “Moskvanın 850 illiyi xatirəsinə” medalı ilə təltif edilib.
Evdokimovanın filmoqrafiyasına 40 əsər daxildir.
Subyekt.az