![]()
Qubada yanğın hadisəsi qeydə alınıb. Subyekt.az Shimal.News -a istinadla xəbər verir ki, ümumi sahəsi 150 kv.m olan birmərtəbəli evin 100 kv.m-i yanıb. Yüksək temperaturdan bitişik sahəsi 30 kv.m olan talvarın lambirin tavanı əriyib.
Əraziyə Fövqəladə Hallar Nazirliyinin bölmələri cəlb edilib. Evin qalan hissəsi yanğından mühafizə olunub.
Subyekt.az